Cəzaçəkmə müəssisəsində Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Cəzaçəkmə müəssisəsində Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib Məhkum qadınlar üçün bayram süfrəsi təşkil edilib
Sosial müdafiə
9 Mart , 2017 20:09
Cəzaçəkmə müəssisəsində Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
conrtesy image

Bakı. 9 mart. REPORT.AZ/ Bakıdakı 4 saylı cəzaçəkmə müəssisəsində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, tədbirdə iştirak edən xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov Azərbaycan qadınının cəmiyyətdəki rolunun daha da yüksəldiyi və zərif cinsin nümayəndələrinin dövlət idarəçiliyində, mədəniyyət, elm, təhsil, səhiyyə və digər mühüm sahələrdə fəallıq nümayiş etdirdiklərini bildirib. 

O, Azərbaycan qadınının sosial fəallığının yüksəlməsində, beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil etməsində Heydər Əliyev Fondunun fəaliyyəti və fonda rəhbərlik edən YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın əsl qadına məxsus ən yüksək kefiyyətləri özündə birləşdirməklə, Azərbaycan qadınını dünyada layiqincə təmsil etdiyi vurğulayıb. 

Çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanova tədbirin təşkilatçıları adından məhkum qadınları bayram münasibətilə təbrik edərək, onlara azadlıqda doğmalarının yanında olmalarını, xoşbəxtlik və qadın səadəti arzu edib.

Tədbirdə incəsənət ustalarının ifasında geniş konsert proqramı nümayiş olunub.

Sonda məhkum qadınlar üçün bayram süfrəsi açılıb.


Son xəbərlər

Orphus sistemi