Nazir müavini: "Ötən il müəllimlərin işə qəbulunda rekord göstərici qeydə alınıb"

Nazir müavini: "Ötən il müəllimlərin işə qəbulunda rekord göstərici qeydə alınıb" "Təhsil Nazirliyi müəllimlərin fəaliyyəti üçün bütün şəraiti yaradacaq ki, gənclər də onların potensialından faydala bilsin"
Sosial müdafiə
19 May , 2017 11:08
Nazir müavini: Ötən il müəllimlərin işə qəbulunda rekord göstərici qeydə alınıb
Report.az

Bakı. 19 may. REPORT.AZ/ "Ötən il müəllimlərin işə qəbulunda rekord göstərici qeydə alınıb. Belə ki, 2016-cı ildə müəllimlərin işə qəbulunda 34 min şəxs yer tutmaq üçün müraciət edib".

"Report" xəbər verir ki, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov “SABAHın müəllimi” adlı ali məktəb müəllimlərinin I Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son illər müəllimlik ixtisasına maraq artıb: "2015-2016-cı illərdə qəbul imtahanında ən yüksək, yəni 500-700 bal toplayan 1000 nəfərdən çox abituriyent elektron ərizəsində ilk ixtisas kimi müəllimliyi göstərib. Test imtahanı tətbiq olunanda belə yüksək göstərici və seçim olmayıb".

Nazir müavini əlavə edib ki, ali təhsil müəssisələrində müəllimlər arasında fərq aparmaq çətindir: "Xaricdə təhsil üzrə dövlət proqramının 100-dən artıq məzunu bu gün müəllim kimi fəaliyyət göstərir. Müəllim faktoru hər zaman təhsil sistemində əsas amil olaraq qalacaq. Təhsil Nazirliyi müəllimlərin fəaliyyəti üçün bütün şəraiti yaradacaq ki, gənclər də onların potensialından faydala bilsin".

Son xəbərlər

Orphus sistemi