Yuxarı

Cənub bölgəsində əlilliyi olan şəxslərə səyyar protez-ortopedik bərpa xidməti təşkil ediləcək

450 nəfərdən çox belə şəxsin yuxarı və aşağı ətraf protezləri və s. ilə təmin edilməsi nəzərdə tutulur

Bakı. 13 fevral. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən fevralın 18-20-də respublikanın cənub bölgəsində əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidməti təşkil ediləcək.

Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Belə ki, ƏƏSMN-in Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin əməkdaşlarından ibarət səyyar tibbi-texniki briqada fevralın 18-də Lənkəran, Astara və Lerik, fevralın 19-da Masallı və Yardımlı, fevralın 20-də isə Cəlilabad və Biləsuvar rayonlarında yaşayan əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara protez-ortopedik bərpa xidməti göstərəcək. Həmin rayonlar üzrə əvvəlcədən qeydiyyata alınmış 450 nəfərdən çox belə şəxsin yuxarı və aşağı ətraf protezləri, ortopedik ayaqqabı, müxtəlif reabilitasiya vasitələri və s. ilə təmin edilməsi nəzərdə tutulur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi