Bakı. 26 dekabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlılıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.
"Report"a DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, bu işin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan növbəti belə tədbir Tərtər Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsi tərəfindən keçirilib.
Tərtər rayonunun 33 kəndi olmaqla 14 cəbhəboyu kəndində göstərilən səyyar xidmət zamanı 1486 vətəndaşa şəxsiyyət vəsiqəsi verilib. Onlardan 534-ü 16 yaşına çatmayanlara, 952-si isə 16 yaşdan yuxarı yaş həddinə görə şəxsiyyət vəsiqəsini dəyişənlərə verilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.