Yuxarı
    Bağlamaq

    Bu ilin üç ayında Azərbaycanda 626 əkiz, 15 üçəm doğulub

    Gündə 389 doğulmuş körpə qeydə alınıb

    Bakı. 17 may. REPORT.AZ/ Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda 34 967, təxminən gündə 389 doğulmuş körpə qeydə alınıb.

    “Report”un xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən açıqlanan rəqəmlərə görə, bu göstərici əhalinin hər 1000 nəfərinə14,6 təşkil edib.

    Doğulan körpələrin 626-sı əkiz, 15-i üçəmdir. 

    Doğum səviyyəsi əsasən Lənkəran (17,9), Aran (16,3), Dağlıq Şirvan (16,2), Quba-Xaçmaz (15,2) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olub. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,3 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 111 oğlan düşür (bioloji norma 105-107 təşkil edir). Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi