Bu ilin sonunadək Özünüməşğulluq proqramında iştirak etmək üçün 1500 nəfər seçiləcək

Bu ilin sonunadək Özünüməşğulluq proqramında iştirak etmək üçün 1500 nəfər seçiləcək İşaxtaran və işsiz vətəndaş üçün hər biri iki aylıq olmaqla təlimlər həyata keçirilir
Sosial müdafiə
21 Sentyabr , 2016 11:22
Bu ilin sonunadək Özünüməşğulluq proqramında iştirak etmək üçün 1500 nəfər seçiləcək

Bakı. 21 sentyabr. REPORT.AZ/ “Bu ilin sonunadək Özünəməşğulluq proqramında iştirak etmək üçün 1500 nəfər seçiləcək”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

O bildirib ki, hazırda 19 rayonda Özünəməşğulluq proqramında iştirak etmək üçün müraciət etmiş 367 nəfər işaxtaran və işsiz vətəndaş üçün hər biri iki aylıq olmaqla təlimlər həyata keçirilir: “Təlimlər zamanı iştirakçılara biznesin təşkili ilə biliklərin aşılanması və təlim müddətində onlar tərəfindən öznəməşğulluq fəaliyyəti göstərəcəklərini müvafiq istehsal və xidmət sahələri üzrə biznes-planların hazırlanması nəzərdə tutulur. Biznes-planların nazirlikdə yaradılmış müvafiq komissiya tərəfindən qiymətləndirilməsi və müdafiəsi prosesinin nəticəsinə uyğun olaraq seçilən şəxslərin öznəməşğulluq fəaliyyətinə başlamaları məqsədilə şəxsi ailə təsərrüfatlarını qurmaları üçün mal və materiallarla təminatı həyata keçiriləcək”.

Son xəbərlər

Orphus sistemi