Yuxarı
    Bağlamaq

    ​Bu il oğlan və qız uşaqlarına daha çox hansı adların verildiyi açıqlanıb

    Oğlan uşaqlarının 712-nə Yusif, 285-nə Məhəmməd adı verilib

    Bakı. 9 may. REPORT.AZ/ Bu ilin ötən dövrü ərzində Azərbaycanda doğulan uşaqlara daha çox hansı adların verildiyi açıqlanıb.

    "Report" Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu il doğulan oğlan uşaqlarından 712-nə Yusif adı verilib.

    Siyahıda sonrakı yerləri Hüseyn (495), Əli (453), Ömər (354), Murad (292), Tunar (286), Məhəmməd (285), Uğur (272), Ayxan (265), İbrahim (202) adları yer alıb.

    Bu il doğulan oğlan uşaqlarına verilən adlar arasında Onur (48), Amin (110), Turan (83), Fateh (49) kimi adlar da yer alıb.

    Doğulan qız uşaqlarından 587-nə Zəhra adı verilib.

    Nuray (497), Fatimə (385), Aylin (383), Zeynəb (376), Məryəm (331), Ayan (323), Mələk (288), Səma (250), Dəniz (212) kimi adlar da üstünlük təşkil edib.

    Ad siyahısına yaxın keçmişdə daxil olan Əsma (120) Damla (95) Sevgi (66), Elif (50), Əsnad (48), Duyğu (39), Nihan (32), Dərya (26) kimi adlara yer verənlərin də sayı artıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi