Yuxarı

Bu il 38 faizdən çox qadın işsiz qalıb

İşsizliyə görə müavinətin orta məbləği isə 263,1 manat olub

Bakı. 19 mart. REPORT.AZ/ Bu ilin martın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı açıqlanıb. "Report" Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, həmin müddət üçün işsiz şəxslər 30,6 min nəfər olub, onların 38,1 faizini qadınlar təşkil edib.

İşsizliyə görə müavinətin orta məbləği isə 263,1 manat olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi