Bu il Şəmkirdə Uşaq Bərpa Mərkəzinin tikintisinə başlanılacaq

Bu il Şəmkirdə Uşaq Bərpa Mərkəzinin tikintisinə başlanılacaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Şəmkir rayonunda Uşaq Bərpa Mərkəzinin tikintisinə başlanılacaq.
Sosial müdafiə
27 İyun , 2019 12:26
Bu il Şəmkirdə Uşaq Bərpa Mərkəzinin tikintisinə başlanılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Şəmkir rayonunda Uşaq Bərpa Mərkəzinin tikintisinə başlanılacaq.

Nazirlikdən "Report"a verilən məlumata görə, tikinti işlərinin gələn il yekunlaşdırılması və mərkəzin istifadəyə verilməsi planlaşdırılır. 

Reabilitasiya müəssisəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün müasir reabilitasiya xidmətləri və bərpa-müalicə prosedurları həyata keçiriləcək.

Xatırladaq ki, Nazirliyin hazırda fəaliyyət göstərən Uşaq Bərpa Mərkəzində və Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində müasir tələblərə uyğun reabilitasiya şəraiti mövcuddur. İl ərzində həmin mərkəzlərdə 3500-dən artıq sağlamlıq imkanları məhdud uşağa səmərəli və sınanmış metodlar əsasında reabilitasiya xidmətləri göstərilir.

Son xəbərlər

Orphus sistemi