Bu il özünüməşğulluq proqramı çərçivəsində artıq 330 məcburi köçkün üçün kiçik ailə təsərrüfatı yaradılıb

Bu il özünüməşğulluq proqramı çərçivəsində artıq 330 məcburi köçkün üçün kiçik ailə təsərrüfatı yaradılıb Bakı. 7 dekabr. REPORT.AZ/ Bu il özünüməşğulluq proqramı üzrə təlim kurslarını bitirərək müxtəlif iqtisadi fəaliyyət növləri üzrə biznes-planlarını uğurla müdafiə edənlərdən 330 nəfərinə biznes-planlarına uyğun mal və materiallar təqdim olunub.
Sosial müdafiə
7 Dekabr , 2018 17:01
Bu il özünüməşğulluq proqramı çərçivəsində artıq 330 məcburi köçkün üçün kiçik ailə təsərrüfatı yaradılıb
0 : 00
0 : 00

Bakı. 7 dekabr. REPORT.AZ/ Bu il özünüməşğulluq proqramı üzrə təlim kurslarını bitirərək müxtəlif iqtisadi fəaliyyət növləri üzrə biznes-planlarını uğurla müdafiə edənlərdən 330 nəfərinə biznes-planlarına uyğun mal və materiallar təqdim olunub.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Yaradılmış bu təsərrüfatlar maldarlıq, quşçuluq, arıçılıq, bağçılıq, xidmət və s. sahələri əhatə edir. Hazırda proqrama cəlb olunmuş digər məcburi köçkünlərin də mal və materiallarla təminatı işləri davam edir.

Son xəbərlər

Orphus sistemi