Bu il əlillik və sosial ödənişlər təyin olunan şəxslərin sayı açıqlanıb

Bu il əlillik və sosial ödənişlər təyin olunan şəxslərin sayı açıqlanıb Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin birinci rübü ərzində 6955 şəxsə əlillik təyin edilib.
Sosial müdafiə
20 Aprel , 2022 12:03
Bu il əlillik və sosial ödənişlər təyin olunan şəxslərin sayı açıqlanıb

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin birinci rübü ərzində 6955 şəxsə əlillik təyin edilib.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Onlardan 3037-nə ilkin, 3918-nə təkrar əlillik təyinatı aparılıb.

Qeyd edilən dövrdə əlillik təyin edilənlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 2,1 dəfə çoxdur.

Təyinatlar tibb müəssisələri tərəfindən “Əlillik” altsisteminə daxil edilən göndərişlər əsasında, obyektiv və şəffaf şəkildə, göndərişlərdəki diaqnozların əlillik dərəcəsi təyin edilməsinə əsas yaratması nəzərə alınmaqla həyata keçirilib.

Əlillik təyin edilmiş hər bir şəxsə əlilliyə görə sosial ödənişlərin də e-sistem üzərindən proaktiv qaydada təyinatı aparılıb.

Son xəbərlər

Orphus sistemi