Bu il daha beş sosial xidmət mərkəzi fəaliyyətə başlayacaq

Bu il daha beş sosial xidmət mərkəzi fəaliyyətə başlayacaq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin bu il daha 5 sosial xidmət mərkəzi fəaliyyətə başlayacaq.
Sosial müdafiə
10 Yanvar , 2025 15:32
Bu il daha beş sosial xidmət mərkəzi fəaliyyətə başlayacaq

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin bu il daha beş sosial xidmət mərkəzi fəaliyyətə başlayacaq.

Nazirlikdən "Report"a verilən məlumata görə, onlardan ikisi Bakıda, digərləri Hacıqabul, Göyçay və Ağdam rayonlarında açılacaq.

Bildirilib ki, sosial xidmət mərkəzlərində sosial işçi, psixoloq, sosial pedaqoq, loqoped və aktiv terapevtlər tərəfindən əlilliyi olan uşaqlara və sosial xidmətə ehtiyacı olan digər şəxslərə, ailələrə sosial-reabilitasiya xidmətləri göstəriləcək.

Bununla da Agentliyin sosial xidmət mərkəzlərinin sayı 10-a çatdırılacaq.

Xatırladaq ki, hazırda Abşeron, Sabunçu, Nərimanov, Yasamal sosial xidmət mərkəzləri və Sumqayıt sosial xidmət kabineti fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi