Yuxarı

Elman Mehdiyev: "Bu il bütün əmək pensiyalarının maliyyələşdirilməsi qrafikdən əvvəl tam başa çatıb"

Fondun aylıq pensiya ödənişi üzrə heç bir borcu yoxdur

Bakı. 25 dekabr. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2015-ci il üzrə bütün əmək pensiyalarının maliyyələşdirilməsini qrafikdən əvvəl tam başa çatdırıb. "Report" xəbər verir ki, bunu Fondun sədri Elman Mehdiyev deyib. 

Elman Mehdiyev Fondun maliyyə göstəricilərini şərh edərkən əlavə edib ki, bu ilin yekununa görə Fondun aylıq pensiya ödənişi üzrə heç bir borcu yoxdur və hazırda daxil olan sosial sığorta haqları növbəti il üçün əlavə maliyyə ehtiyatının yaradılmasına yönəldilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi