Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu ilin 8 ayı ərzində Azərbaycanda doğulan körpələrə daha çox Yusif adı verilib.
Bu barədə "Report"a Ədliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, bu il doğulan oğlan uşaqlarından 2 116-sına Yusif, 1 444-nə Hüseyn adı verilib.
Bu il ərzində doğulan qızlara isə daha çox Zəhra (1829 ) adı verilib.
İlin ötən müddəti ərzində doğulan uşaqlara verilən adlar sırasında Nuray (1388), Fatimə (1185), Əli (1387), Aylin (1076), Zeynəb (1135), Ayan (858), Ömər (1086), Məhəmməd (875) kimi adlar ilk onluqda yer alıb.
Körpələrə verilən adlar arasında Amin (318), Dəniz (700), Damla 350) kimi adlar da üstünlük təşkil edib.
Bu il doğulan uşaqlardan 150-nə Günəş, 116-na İslam, 54-nə Ramazan, 30-na Amina, 28-nə Oğuz, 36-na Qurban adı verilib.
Uşaqlara qoyulan adlar arasında Aminna, Bulud, Rüzgar kimi adlar da yer alıb.