Bu il Azərbaycanda 200-dən çox əkiz doğulub

Bu il Azərbaycanda 200-dən çox əkiz doğulub Ölkə əhalisinin sayı 9816,1 min nəfərə çataraq ilin əvvəlindən 6,1 min nəfər və ya 0,1 faiz artıb
Sosial müdafiə
16 Mart , 2017 17:49
Bu il Azərbaycanda 200-dən çox əkiz doğulub

Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açqılanıb. Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, bu ilin fevral ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 9816,1 min nəfərə çataraq ilin əvvəlindən 6,1 min nəfər və ya 0,1 faiz artıb.

Bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 113 nəfər olub.

Əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1006 nəfər qadın düşür.

Bu ilin yanvar ayı ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 12,2 min doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,8 təşkil edib. Doğulan körpələrin 53,0 faizi oğlan, 47,0 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrin 202-si əkiz, 3-ü isə üçəm doğulanlardır.

Son xəbərlər

Orphus sistemi