Yuxarı

Bu il Azərbaycanda 18 678 nəfər vətəndaş işlə təmin olunub

Əmək Birjaları 2 671 nəfəri müvəqqəti xarakterli, o cümlədən, birdəfəlik, qısa müddətli, mövsümi işlərə göndərib

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında 18 min 678 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin olunub. Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, məşğulluq orqanlarında qeydiyyata alınan və xüsusi peşə hazırlığı olmayan işaxtaran və işsiz vətəndaşlardan 885 nəfəri idarə, müəssisə və təşkilatlarla bağlanmış müqavilələr əsasında haqqı ödənilən ictimai işlərə cəlb edilib. Qeyd olunan dövrdə 2 157 nəfər şəxs kompüter istifadəçisi, bərbər, qaynaqçı, dərzi, tikişçi, dülgər, qənnadçı, mebel quraşdırıcısı və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunublar.

Qeyd edək ki, yanvar-avqust aylarında Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərində fəaliyyət göstərən "Əmək Birjaları" 2 671 nəfəri müvəqqəti xarakterli, o cümlədən birdəfəlik, qısa müddətli, mövsümi işlərə göndərib. Həmçinin 62 670 nəfər gəncə gələcəkdə düzgün peşə seçiminə köməklik məqsədilə peşəyönümü məsləhətlər verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi