Bu il Azərbaycanda 1514 əkiz, 33 üçəm doğulub

Bu il Azərbaycanda 1514 əkiz, 33 üçəm doğulub Doğulan körpələrin 53,0 faizi oğlan, 47,0 faizi isə qız uşaqlarından ibarət olub
Sosial müdafiə
15 Sentyabr , 2017 16:38
Bu il Azərbaycanda 1514 əkiz, 33 üçəm doğulub

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu ilin 7 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 82 380 doğulan körpə qeydə alınıb və bu göstərici də əhalinin hər 1000 nəfərinə 14,6 təşkil edib.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, doğulan körpələrin 53,0 faizi oğlan, 47,0 faizi isə qız uşaqlarından ibarət olub. 

Körpələrdən 1514-ü əkiz, 33-ü üçəm doğulanlardır.

Eyni zamanda bu ilin yanvar-iyul aylarında ölkədə 34 281 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1 təşkil edib.

Bundan başqa, cari ilin 7 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 32 864 nikah və 8532 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,8, boşanmaların sayı isə 1,5 olub.

Həmçinin bu ilin yanvar-iyul ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 1782 nəfər Azərbaycana gələn, 1002 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq miqrasiya saldosu müsbət 780 nəfər təşkil edib. 

Son xəbərlər

Orphus sistemi