Bu il 54 uşaq övladlığa verilib
Sosial müdafiə
- 17 iyul, 2021
- 05:42
Bu ilin 6 ayı ərzində dövlət uşaq müəssisələrindəki uşaqların doğma ailə mühitinə qayıdışına nail olunması istiqamətində işlər davam etdirilib.
"Report" xəbər verir ki, bu müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrindən 31 uşaq ailələrinin istəkləri əsasında yenidən doğma ailələrinə qaytarılıb, onlardan 11-i qız, 20-si oğlandır.
Nazirliyin e-sosial.az portalı vasitəsilə övladlığagötürmə ilə bağlı edilmiş müraciətlərə uyğun olaraq, yanvar-iyun aylarında 26-sı oğlan, 28-i qız olmaqla 54 uşaq övladlığa verilib.
Uşaqların övladlığa götürüldüyü ailələrdə monitorinq işləri də davam etdirilib, övladlığa götürülmüş 206 uşaqla bağlı 204 əyani, 2 distant formada monitorinqlər aparılıb.
Son xəbərlər
14:11
Zelenski: ABŞ Ukraynada müharibənin yaya qədər başa çatmasını istəyir
Region14:08
Foto
Bakıda 5-ci "Avropa Bilik Yarışı" keçirilib – ƏLAVƏ OLUNUB
Xarici siyasət14:06
İngiltərə millisinin üzvü klubunu dəyişə bilər
Futbol14:04
Foto
AAYDA-nin yeni sədri kollektivə təqdim edilib
İnfrastruktur14:00
Əraqçi: İran və ABŞ yaxın vaxtlarda danışıqların ikinci raundunu keçirməyi planlaşdırır
Region13:56
Bakıda körpə bacı-qardaş dəm qazından boğularaq ölüb
Hadisə13:56
Salyanda 17 yaşlı qız qızdırmadan ölüb
Hadisə13:55
İran XİN başçısı: Raket proqramımız müzakirə olunmayacaq
Region13:50