Bu il 46 minə yaxın şəxsə əlillik təyin olunub

Bu il 46 minə yaxın şəxsə əlillik təyin olunub Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2023-cü ilin yanvar-sentyabr ayları ərzində 45,5 min şəxsə əlillik təyin edib.
Sosial müdafiə
7 Dekabr , 2023 11:18
Bu il 46 minə yaxın şəxsə əlillik təyin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2023-cü ilin yanvar-sentyabr ayları ərzində 45,5 min şəxsə əlillik təyin edib.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 22,6 mininə ilkin, 22,9 mininə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunub.

Qeyd olunan dövrdə Agentliyin reabilitasiya müəssisələrində 78,9 min şəxsə reabilitasiya xidmətləri göstərilib.

Son xəbərlər

Orphus sistemi