Bu il 1160 şəxsə əlil arabası verilib

Bu il 1160 şəxsə əlil arabası verilib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb
Sosial müdafiə
599
6 Avqust , 2015 15:12
Bu il 1160 şəxsə əlil arabası verilib

Bakı. 6 avqust. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) bu ilin ötən dövründə 1 158 nəfər əlilliyi olan şəxsi və sağlamlıq imkanları məhdud uşağı əlil arabası ilə təmin edib. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

"Bölgələrdə yaşayan əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar müvafiq hallarda əlil arabaları ilə faktiki yaşadıqları ünvanlarda təmin olunurlar. Bu isə həmin insanların əlil arabaları ilə təmin olunmaq üçün uzaq məsafə qət edərək və xərc çəkərək Bakıya gəlmək çətinliyinin aradan qalxmasına, onların müvafiq xidmətlərdən daha rahat və şəffaf şəkildə yararlanmalarına şərait yaradıb. Qeyd olunan işlərin davamı kimi, son iki gündə ƏƏSMN-in Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən Gəncə şəhərində, Göygöl, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy, Tovuz rayonlarında yaşayan 26 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa əlil arabaları xüsusi ayrılmış avtomaşınla onların faktiki yaşadıqları ünvanlara aparılmaqla, şəxsən təqdim olunub", - nazirlikdən bildirilib.

Xatırladaq ki, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar yaşadıqları rayonun (şəhərin) Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən onlara əlil arabasının verilməsi barədə qərar verildiyi halda əlil arabası ilə təmin olunurlar.

Son xəbərlər

Orphus sistemi