Bu gün Ümumdünya Uşaqlar Günü kimi qeyd olunur.
“Report” xəbər verir ki, 1954-cü ildə
1959-cu il noyabrın 20-də Baş Məclis Uşaq Hüquqları Bəyannaməsini, 1989-cu ilin həmin günündə isə Uşaq hüquqları haqqında Konvensiyanı qəbul edib. Bu münasibətlə hər il noyabrın 20-si Uşaq Hüquqları Günü kimi qeyd edilir.
Uşaq hüquqları Konvensiyası – BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Uşaq hüquqları Konvensiyasının 54 maddəsinin hər birində ayrı-ayrı hüquqlardan danışılır. Burada inkişaf hüquqları, müdafiə hüquqları, iştirak hüquqları, yaşamaq hüquqları əhatə olunur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Ceyran Rəhmətullayeva “Report”a bildirib ki, Azərbaycanda 1989-cu ildən “Uşaq hüquqları haqqında Konvensiya” qəbul olunub: “1992-ci ildən isə Azərbaycan həmin Konvensiyaya qoşulub, 2001-ci ildə ratifkasiya edilib. Ulu öndər
Aparat rəhbəri deyib ki, uşaqlar üçün alternativ qayğı müəssisələri yaradılır: “Dünyada uşaq hüquqları ilə bağlı əsas məsələlərdən biri də uşaqların ailə mühitində tərbiyəsi məsələsidir. Bununla bağlı Heydər Əliyev Fondunun bir çox böyük layihələri olub. İnternat müəssisələrində yaşayan uşaqların vəziyyətinin yaxşılaşdırılması məsələsi ilə bağlı tədbirlər görülür. Bizim də Dövlət Komitəsi olaraq birinci işimiz uşaqların ailə mühitində tərbiyəsi və ailələrdə saxlanılmasıdır. Amma müasir standartlar onu göstərir ki, uşaqların internatları əvəz edən qayğı mərkəzlərində yaşaması yeni bir modeldir. Bu mərkəzlərdə risk qruplu ailələr mərkəzlər tərəfindən araşdırılır. Onların problemləri öyrənilir və mövcud olan müxtəlif xidmətlərə yönəldilirlər. Həmçinin ailə mütəxəssisləri və psixoloqlarla iş aparılır. Ən son prioritet məsələmiz valideyn məsuliyyətidir. Onların maarifləndirilməsi və valideyn-uşaq münasibətlərinin yaradılmasıdır. Elə məsələlər var ki, onlar sırf valideynlərin məlumatsızlığından irəli gəlir. Uşaqların ən kiçik hüquqları belə valideyn məlumatsızlığı nəticəsində müəyyən risklərlə üzləşir. Təəssüflər olsun ki, uşaqlara qarşı zorakılıq halları ilə qaşılaşırıq. Onlarla bağlı qanunvericilikdə müəyyən işlər aparılır. Uşaqlara məişət zorakılığına qarşı müdafiə üzrə rayonlarda müxtəlif qrumların nümayəndələrindən ibarət monitorinq qrupları var. Bu qruplar icra hakimiyyətləri yanında fəaliyyət göstərir. Zorakılıqla bağlı hər hansı fakt olarsa, təxirəsalınmaz tədbirlər həyata keçirilir, rəsmi səviyyədə araşdırılaraq həll edilir. Ümumilikdə görüləsi işlər çoxdur. Bu gün erkən nikahın qarşısı alınmaqdadır. Bu illər ərzində bu risklərdə xeyli azalmalar görürük. Məsələn, qız və oğlanlarda nikah yaşının 18-ə çatdırılması məsələləri qanunvercilikdə həll olundu. Bunlar hamısı uşaq hüqularının qorunması istiqamətində görülən işlərdir”.
C.Rəhmətullayeva vurğulayıb ki, inkişaf hüquqları dedikdə uşaqların təhsil almaq, oynamaq və istirahət etmək, məlumat almaq və dini hüquqları nəzərdə tutulur: “Müdafiə hüquqları isə uşaqları müxtəlif zorakılıq, müharibələr və uşaq əməyinin istismarından, narkotik maddələrin istifadəsindən qoruyur. Bundan əlavə, Konvensiya azad fikir söyləmək, cəmiyyətdə fəal iştirak etmək, yaşamaq və bunun üçün lazımi tələbatları təmin etmək hüquqlarını da təmin edir”.
Qeyd edək ki, hazırda uşaq hüquqlarının müdafiəsi dünyada ən aktual məsələlərdən biridir. Çünki müasir dünyada uşaq hüquqları müxtəlif şəraitlərdə pozulur. Evdə, məktəbdə, müəssisələrdə və icmalarda uşaqlar fiziki və psixoloji təzyiqlərə məruz qalırlar. Təəssüflər olsun ki, hazırda dünyada uşaqların hüquqlarının qorunması arzuolunan səviyyədə deyil. Burada bir çox problemlər mövcuddur. Münaqişə zonaları, müharibələr uşaqların həyatına mənfi təsir göstərir, onların gələcək həyatına zərbə vurur.