Yuxarı

​Bu gün Beynəlxalq Yuxu Günü qeyd olunur

Orta hesabla, hər bir insan ömrünün üçdə bir hissəsini yuxuda keçirir

Bakı. 1 mart. REPORT.AZ/ Bu gün dünyada Beynəlxalq Yuxu Günü (World Sleep Day) qeyd edilir.

"Report" xatırladır ki, yuxu günü ilk dəfə 2008-ci ildə qeyd olunub və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yuxu və sağlamlıq problemləri layihəsi çərçivəsində qeyd olunur.

Orta hesabla, hər bir insan ömrünün üçdə bir hissəsini yuxuda keçirir.

Sübut olunub ki, uzun müddətli yuxusuzluq həyatın keyfiyyətində özünü mənfi tərəfdən göstərir. Belə ki, yumor hissi itir, qıcıqlanma, özünə qapanma, diqqətin cəmlənməsi kimi problemlər baş verir.

4 saat yuxunun itirilməsi reaksiyanın 45% aşağı düşməsinə səbəb olur. Yaddaş zəifləyir, müxtəlif xəstəliklərin kəskinləşməsi baş verə bilir.

Yuxu ürəyin sağlam qalmasına kömək edir. Yuxusuzluq yüksək qan təzyiqinə, infarkta və bir çox ürək problemlərinə, xəstəliklərinə səbəb ola bilir. Yuxusuzluq stress hormonlarını artırır. Buna görə də ürək daha çox yorulur.

Araşdırmaya görə, uzunmüddətli gecə yuxusu ağrıya qarşı müqaviməti artırır.

Eyni zamanda, normal yuxu ürək-damar sistemi xəstəlikləri, piylənmənin profilaktikası üçün vacib faktorlardan biridir.

Yuxu isə beyinə lazımsız hər şeydən azad olmaq, neyron birləşmələrindən lazımsız zülalları "təmizləmək" imkanı yaradır.

Alimlərin fikrincə, yaşlı insanın ideal yuxu dövrü sutkada 7-8 saat təşkil etməlidir. Qadınlar üçün əlavə yuxu saatları lazımdır. Uşaqlar isə orqanizmlərinin normal işləmələri üçün 10 saat yatmalıdırlar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi