Bakı. 7 may. REPORT.AZ/ "Cari ilin 1 mart tarixinə növbədə olan 120 nəfər Böyük Vətən müharibəsi əlilinin iyul ayında avtomobillə təmin edilməsi nəzərdə tutulur".
Nazir Səlim Müslümov İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin əldə olunmasında Azərbaycan xalqının da misilsiz xidmətlər göstərdiyini vurğulayıb, Azərbaycanın igid oğul və qızlarının ön cəbhədə göstərdiyi qəhrəmanlıq və şücaətlərdən, xalqımızın arxa cəbhədə fədakar əməyindən bəhs edib: "Təsadüfi deyil ki, ümummilli liderimiz
Hələ 1994-cü ilin iyununda ulu öndərimiz tərəfindən “Veteranlar haqqında” Qanunun qəbul olunduğunu qeyd edən S.Müslümov sonrakı illərdə həmin insanlara qayğının ilbəil artdığını, onların dövlət büdcəsi hesabına mənzil və avtomobillə təminatı işlərinə də başlandığını bildirib: "Bu gün Azərbaycan Prezidenti cənab
S.Müslümov 2006-cı ilin 1 yanvarından Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının yaşa görə əmək pensiyalarının baza hissəsinin üzərinə müvafiq məbləğlərdə əlavələrin hesablandığını da qeyd edib: "Hər il 9 May - Qələbə Günü ərəfəsində Prezident tərəfindən Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımların verilməsi barədə sərəncamlar imzalanır. Bu il də dövlət başçısının 3 aprel 2015-ci il tarixli sərəncamı ilə qeyd olunan kateqoriyalardan olan 18 881 nəfərə birdəfəlik maddi yardım ödənilib. Həmin insanlardan 1342 nəfəri bilavasitə Böyük Vətən müharibəsi iştirakçılarıdır ki, onların hər birinə 800 manat məbləğində birdəfəlik yardım verilib. Bu məbləğ 1941-1945-ci illər müharibəsi iştirakçılarına MDB məkanı üzrə ödənilən birdəfəlik maddi yardımların ən yüksəyidir. Çünki həmin məbləğ Azərbaycan manatı ilə ifadə olunduqda, Belarusda təqribən 740 manat, Rusiyada 138 manat, Qazaxıstanda 570 manat, Özbəkistanda 295 manat və s. səviyyəsindədir”.
Nazir Böyük Vətən müharibəsi əlillərinin dövlət hesabına minik avtomobili və mənzillə təminatı işlərinin də uğurla davam etdirildiyini, indiyədək ƏƏSMN tərəfindən bu təbəqədən olan 1075 nəfərin minik avtomobili, 102 nəfərin mənzillə təmin olunduğunu bildirib: "Möhtərəm dövlət başçısının 30 aprel 2014-cü il tarixli Sərəncamının icrası olaraq, ötən il 2014-cü ilədək növbəyə dayanmış bütün Böyük Vətən müharibəsi əlilləri, yəni 190 nəfər "Naz-Lifan" markalı minik avtomobili ilə tam təmin olunub.".
S.Müslümov Böyük Vətən müharibəsi veteranlarının dövlət hesabına bərpa-müalicə xidməti, sanator-kurort putyovkaları və s. ilə təminatı sahəsində görülən işlərdən də söz açıb: "Sevindirici haldır ki, bu gün nə qədər ahıl olmalarına baxmayaraq, Böyük Vətən müharibəsi veteranları ölkəmizin inkişafı proseslərində fəal iştirak edirlər, gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılması işlərində öz dəyərli səylərini göstərirlər. Biz onlarla fəxr edir və qürur hissi keçirir, onlara öz dərin hörmət və ehtiramımızı bildiririk".
Görüşdə çıxış edən Böyük Vətən müharibəsi veteranları göstərilən diqqət və qayğıdan razılıqla söz açaraq, onların hərtərəfli təminatını daim diqqətdə saxlayan dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.









