Birdəfəlik ödəmə alanların cins və yaş qrupları üzrə statistikası açıqlandı

Birdəfəlik ödəmə alanların cins və yaş qrupları üzrə statistikası açıqlandı Birdəfəlik ödənişlə təmin olunanlardan 55 faizi kişi, 45 faizi qadınlardır.
Sosial müdafiə
6 May , 2020 10:38
Birdəfəlik ödəmə alanların cins və yaş qrupları üzrə statistikası açıqlandı
0 : 00
0 : 00

"Birdəfəlik ödənişlə təmin olunanlardan 55 faizi kişi, 45 faizi qadınlardır". 

"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

O bildirib ki, birdəfəlik ödəmə verilənlərin 25 faizi Bakı, 4 faizi Sumqayıt və 3 faizi Gəncə şəhərlərində yaşayanlar, 68 faizi respublikanın digər bölgələrinin sakinləridir.

Nazirin sözlərinə görə, həmin şəxslərdən 8 faizi 20 yaşa qədər, 42 faizi 20-30 yaş arası, 25 faizi 30-40 yaş arası, 14 faizi 40-50 yaş arası, 11 faizi 50 yaşdan yuxarı olanlardır.

Son xəbərlər

Orphus sistemi