Nazirlik: “Bir sıra dövlət qurumlarında işləyən 4 min şəxsin də maaşı artırılıb”

Nazirlik: “Bir sıra dövlət qurumlarında işləyən 4 min şəxsin də maaşı artırılıb” Prezident İlham Əliyevin yeni “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Sərəncamı da 2022-ci ilin yeni sosial paketinin tərkib hissəsidir.
Sosial müdafiə
17 Dekabr , 2021 16:58
Nazirlik: “Bir sıra dövlət qurumlarında işləyən 4 min şəxsin də maaşı artırılıb”
0 : 00
0 : 00

Prezident İlham Əliyevin yeni “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Sərəncamı da 2022-ci ilin yeni sosial paketinin tərkib hissəsidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Report"a verilən məlumata görə, sərəncam dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçiləri əhatə etməklə onların sosial rifahının yaxşılaşdırılmasına xidmət edir.

Qeyd olunub ki, Əməkhaqları Vahid Tarif Cədvəli ilə tənzimlənməyən təşkilatlarda çalışanların da maaşları 2022-ci il yanvarın 1-dən orta hesabla 20% artırılacaq. Bu məqsədlə dövlət büdcəsindən 9 milyon manat illik əlavə vəsait nəzərdə tutulub. Bu təşkilatlarda ümumilikdə 4 min şəxs çalışır.

Son xəbərlər

Orphus sistemi