Bir qrup şəhid ailəsi və müharibə iştirakçısı üçün kiçik təsərrüfatlar yaradıldı

Bir qrup şəhid ailəsi və müharibə iştirakçısı üçün kiçik təsərrüfatlar yaradıldı Şəhidlərimizin ailələri, müharibə iştirakçıları, erməni terrorundan zərər çəkən şəxslər üçün kiçik ailə təsərrüfatlarının yaradılması işləri davam etdirilir.
Sosial müdafiə
7 Dekabr , 2020 11:47
Bir qrup şəhid ailəsi və müharibə iştirakçısı üçün kiçik təsərrüfatlar yaradıldı
0 : 00
0 : 00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi möhtəşəm zəfərimizlə başa çatan Vətən müharibəsinin şəhidlərinin ailə üzvlərindən bir qrupunu və müharibə iştirakçısını bu gün də özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edib.

Nazirlikdən "Report"a bildirilib ki, Gəncə şəhərində və Göygöl rayonunda şəhid Tunar Əliyevin atası Qoşqar Əliyev, şəhid Sabir Yusubovun həyat yoldaşı Aliyə Yusubova, şəhid Saleh Mustafazadənin atası Qənimət Mustafayev, şəhid Cavid Əliyevin atası Samir Əliyev və Vətən müharibəsinin qazisi Samir Əliyev üçün kənd təsərrüfatı sahəsi üzrə kiçik təsərrüfatlar yaradılıb.

Onlar xüsusi qayğı ilə əhatə olunduqlarına və təsərrüfat yaratmaları üçün göstərilən dəstəyə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin təşəkkürlərini bildiriblər.

Şəhidlərimizin ailələri, müharibə iştirakçıları, erməni terrorundan zərər çəkən şəxslər üçün kiçik ailə təsərrüfatlarının yaradılması işləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi