​Bir qrup gözdən əlil peşə reabilitasiyasına cəlb edilib

​Bir qrup gözdən əlil peşə reabilitasiyasına cəlb edilib Növbəti həftənin əvvəlindən kurslara başlanacaq
Sosial müdafiə
20 Fevral , 2015 11:51
​Bir qrup gözdən əlil peşə reabilitasiyasına cəlb edilib

Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan şəxslərin, o cümlədən gözdən əlil şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması istiqamətdə apardığı işlərin davamı olaraq, daha 48 nəfər gözdən əlil şəxs peşə hazırlığı kurslarına cəlb olunub və artıq növbəti həftənin əvvəlindən kurslara başlanacaq.

Bu barədə “Report”a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Onlardan 24 nəfəri xüsusi vasitələrlə ingilis dili üzrə peşə təlimi keçəcəklər. Digər 24 nəfər gözdən əlil şəxs isə brayl sistemi əsasında ofis proqramları üzrə kompüter istifadəçisi peşəsinə yiyələnəcəklər. Hər iki peşə hazırlığı kursu xüsusi təchiz olunmuş sinif otaqlarında təşkil olunacaq.

Xatırladaq ki, ötən il ƏƏSMN-in xətti ilə ümumilikdə 3800 nəfərədək vətəndaş peşə hazırlığı kurslarına cəlb olunub. Həmin insanlardan 381 nəfərini əlilliyi olan şəxslər təşkil edib ki, onların 60 nəfəri gözdən əlil şəxslərdir. Əlilliyi olan şəxslərin 272 nəfəri ƏƏSMN-in Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə təliminə cəlb edilib.

Peşə hazırlığına cəlb olunan və təlimi uğurla başa vuran əlilliyi olan şəxslərin yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin olunması istiqamətində də işlər görülür.

Son xəbərlər

Orphus sistemi