Bir ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 700-ə yaxın əməkdaşı cəzalandırılıb

Bir ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 700-ə yaxın əməkdaşı cəzalandırılıb Bakı. 15 yanvar. REPORT.AZ/ Daxili nəzarət tədbirlərinin nəticəsi olaraq ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzi aparatı və struktur bölmələri üzrə 687 əməkdaş barəsində intizam tənbeh tədbiri tətbiq olunub.
Sosial müdafiə
15 Yanvar , 2019 14:33

Bakı. 15 yanvar. REPORT.AZ/ Daxili nəzarət tədbirlərinin nəticəsi olaraq ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzi aparatı və struktur bölmələri üzrə 687 əməkdaş barəsində intizam tənbeh tədbiri tətbiq olunub. 

Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Həmçinin nazirliyin 26 struktur vahidi üzrə audit yoxlamaları aparılıb, 4 struktur vahidi üzrə audit yoxlamaların nəticələrinə dair tərtib edilən sənədlər müvafiq araşdırma və hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.

İl ərzində 255 nəfər isə dövlət qulluğuna qəbulla bağlı qanunvericilik qaydasında nazirlik sistemində işə qəbul edilib.

Son xəbərlər

Orphus sistemi