Biləsuvarda 26 fiziki imkanları məhdud sakin şəxsiyyət vəsiqəsi ilə təmin olunub

Biləsuvarda 26 fiziki imkanları məhdud sakin şəxsiyyət vəsiqəsi ilə təmin olunub Əlilliyi, eləcə də fiziki imkanları məhdudlaşdıran digər xəstəliyi səbəbindən rayon mərkəzinə gələ bilməyən vətəndaşların etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələrinin yeni növ vəsiqə ilə dəyişdirilməsi məqsədilə Biləsuvarda səyyari xidmət təşkil edi
Sosial müdafiə
14 May , 2024 18:27
Biləsuvarda 26 fiziki imkanları məhdud sakin şəxsiyyət vəsiqəsi ilə təmin olunub

Biləsuvarda əlilliyi, eləcə də fiziki imkanları məhdudlaşdıran digər xəstəliyi səbəbindən rayon mərkəzinə gələ bilməyən vətəndaşların etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələrinin yeni növ vəsiqə ilə dəyişdirilməsi məqsədilə səyyar xidmət təşkil edilib.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonun müxtəlif ərazilərindəki yaşayış məntəqələrinin bu növ kateqoriyadan olan sakinlərinin müraciəti əsasında Biləsuvar RPŞ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi bölməsinin əməkdaşları həmin ünvanlarda olublar.

Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən səyyari qaydada yeni növ şəxsiyyət vəsiqələrinin verilməsi üçün lazımi texniki avadanlıqlarla təmin edilən əməkdaşlar tərəfindən ümumilikdə 26 nəfər fiziki imkanları məhdud olan şəxsə yaşadıqları ünvanlarda xidmətin göstərilməsi təmin edilib.

Son xəbərlər

Orphus sistemi