Biləsuvarda 2 Fevral-Azərbaycan Gənclər Günü qeyd edilib

Biləsuvarda 2 Fevral-Azərbaycan Gənclər Günü qeyd edilib Biləsuvar rayonunda 2 Fevral-Azərbaycan Gəncləri Gününə həsr olunmuş bayram tədbiri keçirilib.
Sosial müdafiə
2 Fevral , 2022 16:45
Biləsuvarda 2 Fevral-Azərbaycan Gənclər Günü qeyd edilib

Biləsuvar rayonunda 2 Fevral-Azərbaycan Gəncləri Gününə həsr olunmuş bayram tədbiri keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, tədbirdə rayon rəhbərliyi və gənclər iştirak edib.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Azərbaycan gənclərinin dinamik inkişafı, ictimai-siyasi fəallığı istiqamətində mühüm addımlar atılır.

Həmçinin Vətən müharibəsi iştirakçıları adından çıxış edən Elsevər Salayev Azərbaycan gənclərinin yüksək vətənpərvərlik ruhundan, Vətən müharibəsində qazandığımız parlaq qələbədə gənclərin rolundan danışıb.

Tədbirdə Biləsuvar Regional Mədəniyyət İdarəsi və rayon gəncləri tərəfindən hazırlanmış musiqili proqram təqdim olunub, Gənclər Forumlarında iştirak edən biləsuvarlı gənclərin forumlarla bağlı xatirələrini, ölkə rəhbərinin forumlarda proqram xarakterli çıxışlarını, tövsiyələrini əks etdirən video-çarx nümayiş olunub.

Sonda rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərmiş gənclər Fəxri Fərmanla təltif olunub.

Son xəbərlər

Orphus sistemi