Biləsuvar şəhərində və 3 kənddə içməli su fasilə ilə veriləcək

Biləsuvar şəhərində və 3 kənddə içməli su fasilə ilə veriləcək Biləsuvar rayonunun mərkəzində və 3 kənddə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.
Sosial müdafiə
11 İyun , 2023 01:15
Biləsuvar şəhərində və 3 kənddə içməli su fasilə ilə veriləcək

Biləsuvar rayonunun mərkəzində və 3 kənddə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.

Bu barədə "Report"un yerli bürosuna Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Belə ki, yağan intensiv yağışlar Kür çayında suyun bulanıqlığını artırıb və nəticədə rayona verilən içməli suyun təmizlənməsində ciddi fəsadlar yaranıb.

Fəsadların aradan qaldırılması məqsədilə Biləsuvar şəhərində 5200, Zəhmətabad, Bəydili, Xırmandalı kəndlərində isə 900 abonentin bu gün və sabah gün ərzində içməli su ilə təminatında fasilə yaranacaq.

Son xəbərlər

Orphus sistemi