Azərbaycanda bəzi körpələrə Şəkixanım, Qubaxanım, Oğuzkaan, Cəbrayılnur adları verilib

Azərbaycanda bəzi körpələrə Şəkixanım, Qubaxanım, Oğuzkaan, Cəbrayılnur adları verilib Siyahıda digər adlar da yer alıb
Sosial müdafiə
8 Sentyabr , 2017 15:15
Azərbaycanda bəzi körpələrə Şəkixanım, Qubaxanım, Oğuzkaan, Cəbrayılnur adları verilib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycanda bəzi körpələrə şəhər və rayon adları qoyulub.

"Report" Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, son beş ildə 3 körpəyə Bakıxan adı verilib.

Bundan başqa, son beş ildə 5 körpəyə Gəncəli (bu il ərzində 3 körpəyə), 3-nə Gəncəvi, 241-nə Babək (bu il 31-nə), bir körpəyə Ağsurə, 200-nə Cəbrayıl (bu il 31 körpəyə), 1 körpəyə Cəbrayılnur, 80 nəfərə Füzuli (bu il 14), 101 nəfərə Laçın (bu il 10), 1-nə Lənkəran, 207-nə Oğuz (bu il 35), 38-nə Oğuzxan (bu il 10), 2-sinə Oğuzhan, 1-nə Oğuzcan, 1-nə Oğuzkaan, 1 körpəyə isə Oğuzaslan adı verilib. 

Bundan başqa, son beş ildə 5 körpəyə Quba, 5-nə Qubaxanım, 1-nə Qubaşah, 10-na Tovuz, 2-sinə Şamaxı, 1-nə Şuşa, 1 körpəyə Şuşanur, 1-nə Şəki, 1 körpəyə Şəkixanım, 1-nə Şəkilə, 1-nə isə Şəkixan adları verilib. Son beş ildə bir körpə isə Şəmkir adını alıb.

Son xəbərlər

Orphus sistemi