BƏT: "Ukrayna-Rusiya müharibəsi iş yerlərinin azalmasına səbəb olur"

BƏT: "Ukrayna-Rusiya müharibəsi iş yerlərinin azalmasına səbəb olur" "İqtisadiyyat hələ də pandemiyadan əvvəlki səviyyəyə çatmayıb".
Sosial müdafiə
20 İyun , 2022 11:15
BƏT: Ukrayna-Rusiya müharibəsi iş yerlərinin azalmasına səbəb olur
Olqa Kulayeva

"İqtisadiyyat hələ də pandemiyadan əvvəlki səviyyəyə çatmayıb".

"Report" xəbər verir ki, bunu Beynəlxalq Əmək Təşkilatının Layiqli Əməyə Texniki Dəstək Qrupu və Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin direktoru Olqa Kulayeva Azərbaycanla Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında yeni Layiqli Əmək üzrə Ölkə Proqramının (2022-2026) prioritetləri və nəticələrinin müəyyənləşdirilməsi üzrə keçirilən konfransda deyib.

O bildirib ki, 2019-cu ilin dekabr ayı ilə müqayisədə qlobal səviyyədə işsizlik 3,8 faiz daha çoxdur: "Söhbət 112 milyon iş yerinin itirilməsindən gedir. Ukrayna və Rusiya arasındakı müharibə iqtisadi sanksiyalar yaradır. Bu da iş yerlərinin azalmasına səbəb olur".

"Azərbaycanda sosial dialoqun gücləndirilməsinə çalışırıq. Milli islahatlar prosesinə dəstək göstərməyə hazırıq. Qlobal iqtisadiyyat və əmək bazarı pandemiyadan öncəki rəqəmlərə hələ də gəlib çatmayıb. Layiqli Əmək üzrə Ölkə Proqramı bunun öhdəsindən gəlməkdə olduqca vacibdir", - o deyib.

Son xəbərlər

Orphus sistemi