Yuxarı

Bərdə “ASAN xidmət” mərkəzi daha iki rayonun sakinlərinə xidmət göstərəcək

Vətəndaşlar mərkəzə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər

Bakı. 16 fevral. REPORT.AZ/ Bərdə “ASAN xidmət” mərkəzi Mingəçevir və Ağdaş rayonlarının sakinlərinə də xidmət göstərəcək. 

Bu barədə “Report”a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Belə ki, həmin rayon sakinləri Bərdə “ASAN xidmət” mərkəzinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, 2015-ci il martın 29-u Bərdə regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb və Mərkəz Bərdə rayonu ilə yanaşı Ağdam, Ağcabədi, Laçın, Yevlax, Füzuli və Tərtər rayonlarının qeydiyyatda olan sakinlərinə xidmət göstərir.

“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti haqqında ətraflı məlumatı 108 Çağrı mərkəzinə zəng etməklə və ya www.asan.gov.az internet səhifəsindən əldə etmək olar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi