Baş prokuror Zakir Qaralov Salyanda vətəndaşları qəbul edəcək

Baş prokuror Zakir Qaralov Salyanda vətəndaşları qəbul edəcək Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Salyan şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək
Sosial müdafiə
3 Noyabr , 2014 15:39
Baş prokuror Zakir Qaralov Salyanda vətəndaşları qəbul edəcək
Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycanın baş prokuroru Zakir Qaralov noyabrın 14-də Salyan rayon prokurorluğunun inzibati binasında Şirvan şəhəri, Salyan, Hacıqabul, Sabirabad və Saatlı rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək. Baş Prokurorluğun mətbuat xidmətindən “Report”a bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Salyan şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79-nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər. 

Son xəbərlər

Orphus sistemi