Baş prokuror Abşeronda vətəndaş qəbulu keçirəcək

Baş prokuror Abşeronda vətəndaş qəbulu keçirəcək Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, noyabrın 2-si saat 10:00-da Abşeron Rayon Prokurorluğunun inzibati binasında Abşeron və Zəngilan rayon sakinlərinin qəbulunu keçirəc
Sosial müdafiə
26 Oktyabr , 2023 12:08
Baş prokuror Abşeronda vətəndaş qəbulu keçirəcək
Kamran Əliyev

Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, noyabrın 2-si saat 10:00-da Abşeron Rayon Prokurorluğunun inzibati binasında Abşeron və Zəngilan rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluqdan “Report”a verilən məlumata görə, vətəndaşların qəbulla bağlı qeydiyyatını rayon prokurorluqları həyata keçirəcək.

Bilidirilib ki, vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Nəcməddin Quluzadə

Son xəbərlər

Orphus sistemi