Baş nazirin müavini: "Təkcə bu il 3 milyondan çox Azərbaycan vətəndaşının həyatı əhəmiyyətli dərəcədə yaxşılaşıb"

Baş nazirin müavini: "Təkcə bu il 3 milyondan çox Azərbaycan vətəndaşının həyatı əhəmiyyətli dərəcədə yaxşılaşıb" Təkcə bu il ərzində 3 milyondan çox Azərbaycan vətəndaşının həyatı əhəmiyyətli dərəcədə yaxşılaşıb, tələbələrin təqaüdləri, işçilərin əməkhaqları artırılıb.
Sosial müdafiə
7 May , 2019 16:17
Baş nazirin müavini: Təkcə bu il 3 milyondan çox Azərbaycan vətəndaşının həyatı əhəmiyyətli dərəcədə yaxşılaşıb
Baş nazirin müavini Əli Əhmədov / Report / Firi Salim

"Təkcə bu il ərzində 3 milyondan çox Azərbaycan vətəndaşının həyatı əhəmiyyətli dərəcədə yaxşılaşıb, tələbələrin təqaüdləri, işçilərin əməkhaqları artırılıb".

"Report" xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması tədbirində çıxışı zamanı bildirib.

Ə.Əhmədov bildirib ki, Azərbaycanın simasının dəyişdirilməsi üçün möhtəşəm addımlar atılır: "İnsanlarımızın rifahının yaxşılaşdırılması üçün müxtəlif layihələr həyata keçirilir. Bu gün Azərbaycan gələcəyə inamla baxır, indi insanlar övladlarının gələcəyi ilə bağlı qorxu hissi keçirmirlər, çünki Azərbaycan dünyanın ən təhlükəsiz dövlətlərindən biridir, vətəndaşların hüquqları etibarlı şəkildə qorunur. Gənc nəslin formalaşmasına Heydər Əliyev ideyalarının təsir etməsi nəticəsində onlar daha böyük vətənpərvəplik hisslərinə malik olacaq, dövlətçilik məfkurəsi gənclərdə özünü daha aydın şəkildə göstərəcək. Bizim gənclərimiz dövlətə sadiq vətəndaşlardır və Heydər Əliyevin ideyalarını da öyrənməklə özlərinin vətəndaş mövqeyini ifadə edə bilirlər”.

Baş Nazirin müavini qeyd edib ki, ölkənin bugünki vəziyyəti 1990-cı illərin əvvəllərində mövcud olan Azərbaycandan əhəmiyyətli dərəcədə fərqlənir, bugünki gerçəkliklər o zamankılardan tam seçilir: “Güman edirəm ki, gənc nəslin 1990-cı illərin əvvəllərində Azərbaycanın hansı çətinliklərdən keçməsi barədə məlumatlı olması onların gələcək üçün daha düzgün seçim etməsi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan vətəndaşının Azərbaycan hakimiyyətinə, Heydər Əliyevin ideyalarına böyük inamı formalaşıb. Gənclərimizin Heydər Əliyev ideyalarını mənimsəməsi, Azərbaycanın müasir tarixini öyrənməsi gələcəyimizin etibarlı olmasına zəmin yaradır”. 

O əlavə edib ki, bu gün Azərbaycan bütün dünyada uğurlu bir dövlət kimi tanınır: "Azərbaycan vətəndaşlarının rifahının yaxşılaşdırılması üçün çox ciddi layihələr uğurla həyata keçirilir. Bu layihələr, öz növbəsində, hər bir Azərbaycan vətəndaşının həyatının yaxşılaşmasına təsir göstərir"

Təhsilin, elmin hər bir cəmiyyətin inkişafını təmin etdiyini vurğulayan Ə.Əhmədov əlavə edib ki, Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri təhsilin inkişafıdır: “Müasir cəmiyyətdə inkişafın əsasını elm, bilik təşkil edir. Bu mənada Azərbaycanda təhsilin inkişafına önəmli yerin verilməsi, təhsillə əlaqədar çox böyük islahatların aparılması, yetişməkdə olan nəslin biliklərlə silahlandırılması Azərbaycanın gələcəyinin təmin edilməsi kimi çətin və şərəfli bir vəzifəyə xidmət edir”.

Son xəbərlər

Orphus sistemi