Baş nazirin müavini beynəlxalq ictimaiyyəti 2030-cu ilə qədər qaçqın və məcburi köçkünlərlə bağlı problemləri aradan qaldırmağa çağırıb

Baş nazirin müavini beynəlxalq ictimaiyyəti 2030-cu ilə qədər qaçqın və məcburi köçkünlərlə bağlı problemləri aradan qaldırmağa çağırıb Bakı. 25 oktyabr. REPORT.AZ/ “Bu gün Bakıda əlamətdar hadisələr baş verir. Dayanıqlı İnkişaf Məqsədləri üzrə ilk Bakı Forumu keçirilir”.
Sosial müdafiə
25 Oktyabr , 2018 15:48
Baş nazirin müavini beynəlxalq ictimaiyyəti 2030-cu ilə qədər qaçqın və məcburi köçkünlərlə bağlı problemləri aradan qaldırmağa çağırıb
0 : 00
0 : 00

Bakı. 25 oktyabr. REPORT.AZ/ “Bu gün Bakıda əlamətdar hadisələr baş verir. Dayanıqlı İnkişaf Məqsədləri üzrə ilk Bakı Forumu keçirilir”.

“Report” xəbər verir ki, bunu Forumda Baş nazirin müavini Əli Əhmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycan üçün dayanıqlı inkişaf məsələləri mühüm əhəmiyyət kəsb edir: "Bəşəriyyətin daha işıqlı olması üçün çox ciddi iddialar ortaya qoyulub. Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə dair proqrama qoşulub. Qarşıda çox məsuliyyətli problemlərin həlli dayanır. Bu illər ərzində biz dünyada bütün bəşəriyyəti narahat edən aclığın, yoxsulluğun aradan qaldırılmasına nail olmalıyıq. Heç kim diqqətdən kənarda qalmamalıdır. Bu vəzifələr çətin və düşündürəndir”.

Hökumət rəsmisi həmçinin deyib ki, 13-15 il ərzində Azərbaycan yoxsulluq səviyyəsini 50%-dən 5%-ə endirə bilib, ölkədə 2 mln. yeni iş yeri açılıb: “Azərbaycanın bütün siması dəyişib”.

Onun sözlərinə görə, dünyanı 13-15 il ərzində dəyişdirmək mümkündür: "Bəşəriyyət yeni problemlərlə üzləşir. Qaçqınlar, müharibələr kimi problemlər həll edilmədən dünyanın simasını dəyişdirmək mümkün deyil".

Ə.Əhmədov beynəlxalq cəmiyyəti 2030-cu ilə qədər qaçqın və məcburi köçkünlərlə bağlı problemləri aradan qaldırmağa çağırıb. 

Son xəbərlər

Orphus sistemi