Baş Nazir Artur Rasi-zadənin daha bir qərarını ləğv edib

Baş Nazir Artur Rasi-zadənin daha bir qərarını ləğv edib Nazirlər kabineti Sığortalanmasına maliyyə yardımı göstərilən kənd təsərrüfatı əmlakının və sığorta hadisələrinin növlərinin və sığorta haqqının büdcə vəsaiti hesabına ödənilən hissəsinin müəyyən edilməsi haqqında qərarı ləğv edib.
Sosial müdafiə
30 Dekabr , 2019 23:32
Baş Nazir Artur Rasi-zadənin daha bir qərarını ləğv edib

Nazirlər kabineti "Sığortalanmasına maliyyə yardımı göstərilən kənd təsərrüfatı əmlakının və sığorta hadisələrinin növlərinin və sığorta haqqının büdcə vəsaiti hesabına ödənilən hissəsinin müəyyən edilməsi haqqında" qərarı ləğv edib.

"Report" xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərar "Aqrar sığorta haqqında" Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə" Azərbaycan Prezidentinin 2019-cu il 19 avqust tarixli 809 nömrəli Fərmanının 2.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə imzalanıb.

Qərara əsasən, "Sığortalanmasına maliyyə yardımı göstərilən kənd təsərrüfatı əmlakının və sığorta hadisələrinin növlərinin və sığorta haqqının büdcə vəsaiti hesabına ödənilən hissəsinin müəyyən edilməsi haqqında" Nazirlər Kabinetinin 2004-cü il 4 mart tarixli 22 nömrəli Qərarı ləğv edilib.

Bu Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, ləğv olunan qərar Azərbaycanın o zamankı Baş Naziri Artur Rasi-zadə tərəfindən imzalanıb.

Son xəbərlər

Orphus sistemi