Baş katib: Sosial təminat sistemləri bir çox çətinliklərlə üzləşirlər
- 29 may, 2025
- 11:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Sosial təminat sistemləri müəyyən çətinliklərlə üzləşirlər.
"Report" xəbər verir ki, bunu Bakıda "Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması" mövzusunda keçirilən beynəlxalq konfransda Beynəlxalq Sosial Təminat Assosiasiyasının baş katibi Marselo Abi-Ramia Kaetanon deyib.
Onun sözlərinə görə, sosial təminat sistemində yeni texnologiyalardan tətbiqi önəmlidir:
"Sosial təminat sistemlərinin üzləşdiyi çətinlikərdən biri də məhz budur. Onların əhatə dairəsi yetərli qədər geniş deyil".
Baş katib qeyd edib ki, sosial təminat sisteminin maliyyələşdirilməsi və əhalinin yaşlanması, sağlamlıq məsələləri diqqət mərkəzindədir.
O bildirib ki, mövcud prioritetlərdən biri də işsizliyə görə müavinət məsələsidir:
"Yaşlılıq məsələsi ən çox müzakirə edilən mövzulardandır. Yaşlanan cəmiyyətdən danışanda maliyyə məsələlərini görməzdən gələ bilmərik. Burada müxtəlif cəmiyyət qrupları nəzərə alınmalıdır".