Yuxarı

Bakının yaşı 100-ü ötmüş 36 sakinindən 35-i qadındır

Azərbaycan əhalisi arasında uzunömürlülərin əksəriyyətini qadınlar təşkil edir

Bakı. 19 sentyabr. REPORT.AZ/ Azərbaycan əhalisi arasında uzunömürlülərin əksər faizini qadınlar təşkil edir. "Report"un Dövlət Statistika Komitəsinə (DSK) istinadən verdiyi məlumata görə, Bakı şəhərində yaşayan 100 yaşını keçmiş 36 nəfərdən 35-i qadın, 1 nəfəri kişidir. 95-99 yaşlı 170 nəfərin isə 52-si kişi, 118-i qadındır.

Naxçıvan Muxtar Respublikasında yaşayan 100 yaşını ötmüş 50 insandan isə 6 nəfəri kişi, 44 nəfəri qadındır. 80-84 yaşlı 3 358 insandan 1 303-ü kişi, 2 055-i qadındır.

Lerikdə 100 yaşını ötən bir nəfər var ki, o da qadındır. Astara rayonunda 100 yaşını keçən 5 nəfərin hamısı qadındır.

Yardımlı rayonunda yaşayan 90-94 yaşlı 18 insanın sadəcə ikisi kişidir.

Şəki rayonunda yaşı 100-ü ötən insan qeydə alınmasa da, 95-99 yaş aralığında olan 15 nəfərin hər biri qadındır. Bu rayonda yaşayan 85-89 yaş aralığında olan 607 nəfərdən 202 nəfəri kişi, 405-i qadından ibarətdir.

Zaqatala rayonunda yaşı 95-99 olan 7 sakinin hamısı qadındır. Rayonda yaşayan 65-69 yaş aralığında olan 2 045 sakinin1 161-i qadın, 884 nəfəri isə kişidir. 

Kəlbəcər rayonunun yaşı 100-ü ötmüş 50 sakininin sadəcə 1 nəfəri kişi cinsinin nümayəndəsidir.

Qeyd edək ki, digər bölgələrdə də bu cür statistika izlənilir.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi