Yuxarı

​Bakıda yüksək və aşağı əmək haqqı verilən ixtisas sahələri açıqlanıb

İşçilərin orta aylıq əmək haqqının səviyyəsi artıb

Bakı. 10 may. REPORT.AZ/ Bu ilin yanvar-fevral aylarında Bakı şəhəri üzrə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə işçilərin orta aylıq əmək haqqının səviyyəsi 10,3 faiz artaraq 687,1 manat olub.

Bakı Şəhər Statistika İdarəsindən "Report"a verilən məlumata görə, ən yüksək orta aylıq əmək haqqını sənaye, tikinti və bank, icarə və istehlakçılara xidmət göstərən təşkilatlarda çalışan işçilər alırlar. 

Ən aşağı əmək haqqı səhiyyə və sosial xidmətlər, təhsil, digər kommunal, sosial, şəxsi xidmətlərin göstərilməsi və s. sahələrdəki müəssisə və təşkilatlarda çalışan işçilərə verilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi