Bakıda "Yollarda uşaqların təhlükəsizliyini qoruyaq" adlı tədbir keçirilib - FOTO - VİDEO

Bakıda "Yollarda uşaqların təhlükəsizliyini qoruyaq" adlı tədbir keçirilib - FOTO - VİDEO Tədbir "ARB Günəş" telekanalının layihəsi çərçivəsində baş tutub
Sosial müdafiə
1 İyun , 2017 16:58
Bakıda Yollarda uşaqların təhlükəsizliyini qoruyaq adlı tədbir keçirilib - FOTO - VİDEO
Report.az

Bakı. 1 iyun. REPORT.AZ/ Bakıda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı "Yollarda uşaqların təhlükəsizliyini qoruyaq" adlı tədbir keçirilib. 

"Report" xəbər verir ki, layihə "ARB Media Qrup"a daxil olan, Azərbaycanın ilk uşaq telekanalı "ARB Günəş", Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsi (DYPİ), "ASAN xidmət", 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi ilə birgə həyata keçirilib. 

Layihənin əsas məqsədi yol-nəqliyyat hadisələri ilə bağlı maarifləndirmə işini gücləndirmək, yollarda hərəkət iştirakçılarının intizamını yüksəltmək olub. Aksiyada polis forması geyinən uşaqlar, “yol polisinin gənc köməkçiləri”, ASAN Könüllüləri əvvəlcədən nəzərdə tutulan plana uyğun olaraq “Təhlükəsizilik kəmərindən istifadə et!”, “Dayanma-durma qaydalarına əməl et!”, “Piyada, keçiddən istifadə et!”, “Yollarda başqalarının hüquqlarına hörmətlə yanaş” çağırışı ilə hərəkət iştirakçılarını yollarda intizamlı olmağa dəvət ediblər. Uşaqlar yolu təyin olunmayan yerdən keçən piyadaları da saxlayaraq onlara yol polisi əməkdaşlarının tövsiyəsi ilə məsləhətlər veriblər.

Paytaxtın ondan artıq küçə və prospektində baş tutan aksiyada hərəkət iştirakçılarının diqqətinə çatdırılıb ki, müasir şəraitdə yol hərəkətinin təhlükəsizliyi, insanların həyat və sağlamlığının qorunmasında hər bir vətəndaş üzərinə düşən məsuliyyəti dərindən dərk etməlidir. Aksiyada yol-nəqliyyat hadisələrinin qarşısının alınması, hərəkət iştirakçılarının intizamının möhkəmləndirilməsi, eləcə də uşaq yol-nəqliyyat zədələnmələrinin qarşısının alınması, piyadaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı sürücülərə tövsiyələr verilib.

Tədbirdə Bakı Şəhər Baş Polis İdarəsi, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları və müəllim-valideyn komitələrinin üzvləri 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən aksiyanın əhəmiyyəti barədə sürücü və piyadalarla maarifləndirici söhbətlər aparıblar.

Aksiyada saxlanılan avtomobillərdə olan uşaqlara məktəbli hədiyyələri, sürücülərə büklet-informasiya bülletenləri təqdim olunub.

Son xəbərlər

Orphus sistemi