Bakıda uzunömürlülük üzrə ilk beynəlxalq konqres və sərgi keçirilir

Bakıda uzunömürlülük üzrə ilk beynəlxalq konqres və sərgi keçirilir Bakıda “Viva La Vida” uzunömürlülük üzrə ilk beynəlxalq konqres və sərgisinin ikinci günü keçirilir.
Sosial müdafiə
16 Mart , 2023 12:10
Bakıda uzunömürlülük üzrə ilk beynəlxalq konqres və sərgi keçirilir

Bakıda “Viva La Vida” uzunömürlülük üzrə ilk beynəlxalq konqres və sərgi keçirilir.

"Report" xəbər verir ki, tədbir Azərbaycanın milli musiqisi və rəqslərinin ifası ilə başlayıb.

Daha sonra "Odlar yurdu" Azərbaycanı simvolizə edən elementlər nümayiş etdirilib.

Tədbirdə dünyanın müxtəlif ölkələrindən dəvət olunan 21 spikerin çıxışı nəzərdə tutulub.

Tibbi Spa və uzunömürlülük üzrə sağlamlıq mərkəzlərinin inkişafı ilə məşğul olan "Possumus development" şirkətinin yaradıcısı, zehni sağlamlıq üzrə mütəxəssis İlona Ansone salamlama nitqində bildirib ki, tədbirdə uzunömürlülüklə bağlı 10-a yaxın startapçılar iştirak edir.

Konqres boyunca spikerlər kişi və qadın uzunömürlülüyü, zehni-mənəvi uzunömürlülük və digər profilaktik, fərdiləşmiş təbabət haqqında məlumat və tövsiyələr verəcəklər.

Tədbir martın 17-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi