Bakıda sığınacaq axtaranların himayəsi ilə bağlı təlim başlayıb

Bakıda sığınacaq axtaranların himayəsi ilə bağlı təlim başlayıb Bakı. 27 fevral. REPORT.AZ/ Bu gün Bakıda sığınacaq axtaranların himayəsi ilə bağlı hakimlər üçün təlim başlayıb. 
Sosial müdafiə
102
27 Fevral , 2018 11:50
Bakıda sığınacaq axtaranların himayəsi ilə bağlı təlim başlayıb
MOBİLAZE layihəsinin rəhbəri Elnur Nəsibov / Report/ Firi Salim

Bakı. 27 fevral. REPORT.AZ/ Bu gün Bakıda sığınacaq axtaranların himayəsi ilə bağlı hakimlər üçün təlim başlayıb. 

"Report"un xəbərinə görə, iki gün davam edəcək təlim Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və İCMPD tərəfindən icra edilən MOBİLAZE layihəsinin 4-cü - sığınacaq verilməsi qərarlarının qəbulu prosesinin təkmilləşdirilməsi komponenti çərçivəsində keçirilir.

Təlimdə 1 və 2 saylı Bakı İnzibati-İqtisad Məhkəmələri, Bakı Apelyasiya Məhkəməsi və Azərbaycan Ali Məhkəməsinin hakimləri iştirak edirlər.

Layihənin rəhbəri Elnur Nəsibov bildirib ki, tədbirin məqsədi hakimlərin və bu sahədə fəaliyyət göstərən mütəxəssislərin Beynəlxalq Qaçqın Hüququ çərçivəsində geri-qaytarmamaq prinsipi, məhkəmə prosesi zamanı sığınacaq axtaranlar üçün prosedur təminatlar, daxil edilmə hallarının yoxlanılması, sübutların və dəlillərin qiymətləndirilməsi mövzuları üzrə bilik və bacarıqlarının daha da inkişaf etdirilməsindən ibarətdir. 

Sonra BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelis məruzə ilə çıxış edib. O, dünyada və Azərbaycanda qaçqınların sığınacaq almaqla bağlı vəziyyəti, onların məhkəmə prosesləri barədə danışıb. 

Son xəbərlər

Orphus sistemi