Yuxarı

Bakıda kimsəsiz uşaqlar üçün əyləncə proqramı keçirilib

Tədbirə dəstək verən Türkiyə şirkətləri isə oyuncaqlar və şirniyyatlar hədiyyə ediblər

Bakı. 23 aprel. REPORT.AZ/ Türkiyədə aprelin 23-də qeyd olunan Milli Suverenlik və Uşaq bayramı münasibəti ilə Bakıya gələn "Türk Anne" adlı qrup azərbaycanlı uşaqlar üçün şənlik təşkil edib.

Türkiyənin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbirdə 40 kimsəsiz uşaq iştirak edib.

Şənlikdə uşaqlar üçün əyləncəli proqramlar hazırlanıb. Tədbirə dəstək verən Türkiyə şirkətləri isə uşaqlara oyuncaqlar və şirniyyatlar hədiyyə ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi