Bakıda "İntihar: səbəblər və onunla mübarizə" adlı konfrans keçirilib

Bakıda "İntihar: səbəblər və onunla mübarizə" adlı konfrans keçirilib Bakı. 11 sentyabr. REPORT.AZ/ Bakıda İntihar: səbəblər və onunla mübarizə adlı konfrans keçirilib.
Sosial müdafiə
11 Sentyabr , 2018 11:54
Bakıda İntihar: səbəblər və onunla mübarizə adlı konfrans keçirilib
Report
0 : 00
0 : 00

Bakı. 11 sentyabr. REPORT.AZ/ Bakıda "İntihar: səbəblər və onunla mübarizə" adlı konfrans keçirilib.

"Report" xəbər verir ki, tədbiri Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov açaraq intihara səbəb kimi fərdin yaşadığı cəmiyyətin dəyərlərindən uzaqlaşmasını göstərib.

Onun sözlərinə görə, insan dəyərlərdən uzaqlaşırsa, intihar üçün yol açılır: "Dünyada hər 40 saniyədən bir kimsə intihar edir. Bu da ən çox inkişaf etmiş ölkələrdə baş verir. Azərbaycanda intiharla bağlı göstərici digər inkişaf etmiş ölkələrlə xeyli aşağıdır. Bu o demək deyil ki, rahat olmaq lazımdır".

Psixoloq Rafiq Allahverdiyev isə intiharın psixoloji səbəblərini açıqlayıb: "Bu gün intihar cəmiyyətin əsas probleminə çevrilir. İntiharın təməli düşdüyü vəziyyətdən çıxış yolu tapa bilməyən zaman qoyulur. Onun mərkəzində, əsasən, fərdi psixoloji problemlər durur. Bu gün intiharın qarşısını almaq üçün insan şüurunda dəyişiklik edilməlidir. Fərd sosial münasibətlər qarşısında aciz qalır. Kişilər daha çox özünü asmağa üstünlük verir".

O bildirib ki, bu gün cəmiyyətdə yeniyetmələrlə daha çox iş aparılır: "Onlar hər şeyi tez əldə etmək istəyirlər. İntihar insanı təhriketmə forması deyil".

Tədbir mövzu ətrafında çıxışlarla davam edib.

Son xəbərlər

Orphus sistemi