Bakıda “Hüquqpozmalarla bağlı məlumat verən şəxslərin müdafiəsi” mövzusunda seminar keçirilib

Bakıda “Hüquqpozmalarla bağlı məlumat verən şəxslərin müdafiəsi” mövzusunda seminar keçirilib ​Azərbaycan beynəlxalq təşkilatlarla hüquqi əməkdaşlığa böyük önəm verir
Sosial müdafiə
27 Fevral , 2017 19:02
Bakıda “Hüquqpozmalarla bağlı məlumat verən şəxslərin müdafiəsi” mövzusunda seminar keçirilib

Bakı. 27 fevral. REPORT.AZ/ Bakı şəhərində Avropa İttifaqı və Avropa Şurası tərəfindən həyata keçirilən “Proqram Əməkdaşlıq Çərçivəsi” layihəsi üzrə “Hüquqpozmalarla bağlı məlumat verən şəxslərin müdafiəsi” mövzusunda seminar keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan Respublikası Baş Prokurorluğunun, Ədliyyə, Daxili İşlər, Vergilər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak edib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Orxan İsayev tədbirdə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, institusional və cinayət təqibi tədbirləri haqqında ətraflı məlumat verib, korrupsiyaya qarşı mübarizənin Azərbaycanda dövlət siyasətinin prioritet istiqaməti olduğunu və bu sahədə ölkə daxilində, eyni zamanda beynəlxalq səviyyədə əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Avropa Şurasının ekspertləri Con Devit və Paul Zoubkov təqdimatla çıxış edərək hüquqpozmalarla əlaqədar məlumat vermə sahəsində imkanlar və çətinliklər, bu barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi yolları müzakirə edilib.

Tədbirdə hüquqpozmalarla bağlı məlumat verən şəxslərin müdafiəsi ilə əlaqədar tədris tapşırıqları iştirakçılar tərəfindən müvəffəqiyyətlə icra edilib, faydalı fikir mübadiləsi aparılıb.

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, digər dövlətlərin hüquq mühafizə orqanları və ixtisaslaşdırılmış antikorrupsiya qurumları ilə əməkdaşlığın daha da gücləndirilməsi və bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində fəaliyyət bundan sonra da davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi