Nazirlik: Bakıda gözdən əlilliyi olan şəxslər üçün yaşayış binası tikiləcək

Nazirlik: Bakıda gözdən əlilliyi olan şəxslər üçün yaşayış binası tikiləcək Bakı şəhərində gözdən əlilliyi olan şəxslər üçün inşa ediləcək çoxmənzilli binanın layihə-smeta sənədlərinin hazırlanması məqsədi ilə 300 min manat vəsait ayrılmasını nəzərdə tutulub.
Sosial müdafiə
12 İyun , 2019 12:51
Nazirlik: Bakıda gözdən əlilliyi olan şəxslər üçün yaşayış binası tikiləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi / Report

Bakı şəhərində gözdən əlilliyi olan şəxslər üçün inşa ediləcək çoxmənzilli binanın layihə-smeta sənədlərinin hazırlanması məqsədi ilə 300 min manat vəsait ayrılmasını nəzərdə tutulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Report"a verilən məlumata görə, bu il müvafiq layihə-smeta sənədlərinin hazırlanması işləri aparılmaqla, paytaxtda gözdən əlilliyi olan şəxslər üçün daha bir çoxmənzilli yaşayış binasının tikintisinə başlanacaq.

Binada mənzillə təmin ediləcək gözdən əlilliyi olan şəxslərin rahatlığı üçün xüsusi layihə əsasında məişət şəraiti yaradılacaq. Onların əl və ayaqla hiss etmələrinin asanlaşdırılması məqsədilə müvafiq yerlərdə xüsusi tikinti materiallarından və işarələrdən istifadə olunacaq. Binanın tikintisinin gələn il ərzində yekunlaşdırılaraq istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edək ki, bu təbəqədən olan şəxslərin mənzillə təminatı proqramının davamı olaraq, son illərdə gözdən əlilliyi olan şəxslər üçün Bakının Nərimanov rayonunda 132 mənzildən ibarət yaşayış binası tikilərək istifadə verilib.

Son xəbərlər

Orphus sistemi