Bakıda Gabrielle Menezesin "Həbsdən Kənar" adlı filminin təqdimatı keçirilib

Bakıda Gabrielle Menezesin "Həbsdən Kənar" adlı filminin təqdimatı keçirilib Edvard Karvardin: "Dünyada 1 milyondan çox uşaq azadlıqdan təcrid olunub"
Sosial müdafiə
5 Dekabr , 2016 19:40
Bakıda Gabrielle Menezesin Həbsdən Kənar adlı filminin təqdimatı keçirilib

Bakı. 5 dekabr. REPORT.AZ/ Bakıda yuvenal cinayətkarlıq və qanunu pozan uşaqlardan bəhs edən Gabrielle Menezesin "Həbsdən Kənar" adlı filminin təqdimatı keçirilib.

"Report"un məlumatına görə, tədbirdə çıxış edən UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin deyib ki, bu gün dünyada 1 milyondan çox uşaq azadlıqdan təcrid olunub və onların çoxusu hüquqi xidmətlərdən yararlanması məhdudlaşdırılıb.

O əlavə edib ki, uşaqların azadlıqdan təcrid edilməsi onların cəmiyyətə faydalı olmasına mane olur.

Onun sözlərinə görə, Ədliyyə, Daxili İşlər Nazirlikləri və Azərbaycanın digər müvafiq qurumları ilə birgə keçirilən layihələr Azərbaycanda qanunla problemləri olan uşaqlarla bağlı vəziyyətin müsbət tərəfə dəyişdirilməsinə yol açıb.

E.Karvardin filmin nümayişinin qanunla problemi olan hər bir uşaq üçün yardım göstərilməsinə daha çox motivasiya verəcək.

Azərbaycanın Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov ölkədə yuvenal ədliyyə ilə bağlı həyata keçirilən islahatlardan danışıb. O təəssüflə qeyd edib ki, Azərbaycanda həyata keçirilən bu islahatlar Azərbaycanın işğal olunmuş ərazilərdə tətbiq etmək mümkün deyil.

Sonra Milli Məclisin üzvü Əli Hüseynli və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard çıxış ediblər.

Çıxışlardan sonra "Həbsdən kənar" filmin nümayişi keçirilib. Filmdə Azərbaycanda uşaqların müdafiə və reabilitasiya məsələləri, həmçinin UNICEF-in hökumət, vətəndaş cəmiyyəti ilə əlaqələri əks olunub.

Son xəbərlər

Orphus sistemi